13 Eylül 2011 Salı

güncel

Mahitevan Asadova



BİR DAMLANIN NAĞILI...
Görən kimi anladılar fərqli olduğunu...Çox parlaq, duru və ağır idi...Milyonların nəzəri dikilmişdi ona...O isə özünü milyonlardan biri sanırdı: mehriban, məsum baxışlarla ətrafdakıları seyr edirdi.
Birdən sıxışdırıldığını hiss etdi...çaşdı...hara sığınacağını bilmədi...Nəfəsi təngiyirdi...Partlayacağından qorxurdu...
"Özünə yer tap!"...Milyonların səsi idi bu...Həmişə onun üzünə gülən milyonların :" Sən bizdən deyilsən!"

İlk hıçqırıq yarandı--ağrıdan, heyrətdən və döğma sandıqlarının yadlığından...
Hara gedəcəyini bilmirdi...Səmaya zilləndi-- qoynunda böyüdüyü Bulud da yox olmuşdu...Yellərə sığındı...Başına nə gələcəyini düşünərək , yeldən-yelə koşdu...Yellər səngiyəndə...Göylərə ağrı və intizarla baxan bir qadın gördü...Onun heyran olduğu ilahi gözlərinə doldu...Bura nə gözəlmiş !..Necə şəffafmış !..Necə də isti !..Damla daimi bir yurd tapdığına dəlicəsinə sevindi...
Amma o bilmirdi ki, bu, Həvvadır...və Göyə baxarkən Adəmin intizarındaydı...Yalnız -- Adəmsiz olduğunu anlayanda nalə çəkdi Həvva və damla onun gözlərindən selə dönüb axdı... İlk göz yaşı yarandı...Həvvanın fəryadına yüyürdü Adəm və dodaqlarının həsrət çatları sevdiyinin göz yaşlarında yanan ilk aşiq oldu Adəm...İlk sevinc yaşları qovuşdu onların dodaqlarında...
Və o vaxtdan Adəm övladı göz yaşından ayrılmadı --Dünyaya göz yaşı ilə gəldi,... bütün Aşklarını göz yaşı ilə becərdi...dərdlərini göz yaşında boğdu,..dəli sevinclərinin başına göz yaşı səpələdi...günahlarını göz yaşıyla yudu...
Beləcə əbədi və əvəzedilməz bir yurd tapdı Damla ...özünə...Tez-tez üzüaşağı yuvarlansa da,..əbədi sakin oldu, tutuqlandı insan gözünə...

Mahitəvan.
“Ne üstün zekâ,ne hayal gücü ne de her ikisi beraber,bir dâhi yapmaya yeter. Sevgi, sevgi, sevgi..İşte bu dehanın ta kendisidir.

*********

********

Hiç yorum yok: